Sizin reklam burada
Sizin reklam burada
  • Qaraməryəm-İsmayıllı-Şəki yolunda avtomobil aşıb, sərnişin həyatını itirib

    Sentyabrın 12-də saat 22:30 radələrində Qəbələ rayon sakini İlkin Abdullazadə idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsilə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

    Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, yol kənarına düşən avtomobildə yanğın baş verib.

    Qəza nəticəsində avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı Münəvvər Abdullazadə hadisə yerində həyatını itirib.

    Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ