Sizin reklam burada
Sizin reklam burada
  • Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub

    Sentyabrın 12-də Səudiyyə Ərəbistanının Taif şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyası keçirilib.

     Assambleya çərçivəsində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsindəki fədakar xidmətləri, dəyərli töhfələri, eləcə də rəhbərliyi və sadiqliyi ilə Assosiasiyanın işinin irəliləməsinə, bütün İslam aləmində həmrəyliyin, əməkdaşlığın və idmanın inkişafının təşviq edilməsinə göstərdiyi xidmətlərə görə Təşəkkürnamə ilə təltif olunub.

    MOK-un vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə 2017-ci il İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin üzvü olub.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ