Sizin reklam burada
Sizin reklam burada
  • Çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirində finalçılar məlum olub


    “Sea Breeze Resort” ərazisində, “Havana Beach”də keçirilən çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirində finalçılar məlum olub.

    Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) bildirilib ki, həlledici oyunda “Elit” komandası və İsveçrənin “Sankt Moritz” klubu qarşılaşacaqlar. Azərbaycan təmsilçisi bu uğura Böyük Britaniyanın “Red star” klubu üzərində 9-7 hesablı qələbə sayəsində nail olub. Komandanın kapitanı Elçin Camallı ilk oyunda olduğu kimi, bu dəfə də məhsuldarlıq nümayiş etdirərək 6 qol vurub. “Sankt Moritz” klubu isə finala çıxmaq yolunda Rusiyanın “Moskva” kollektivinə 6-4 hesabı ilə qalib gəlib.

    Sabah 3-cü yer uğrunda oyunda “Moskva”nın rəqibi Böyük Britaniyanın “Red star” klubu olacaq.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ