Sizin reklam burada
Sizin reklam burada
  • Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

    Vanuatu sahillərində sərnişin gəmisinin batması nəticəsində 30-dan çox insan itkin düşüb.

    Bu barədə ada dövlətinin Baş nazirinin ofisi məlumat yayıb.

    Gəmidə 40-dan çox sərnişin və heyət üzvünün olduğu bildirilir. Onlardan biri ölüb, 15 nəfər isə xilas edilib. Xilasedicilər dənizdə axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

    Vanuatu Baş nazirinin ofisi qeyd edib ki, faciə heyət üzvlərinin güclü küləklə bağlı xəbərdarlıqlara məhəl qoymaması və gəminin həddindən artıq yüklənməsi səbəbindən baş verə bilər.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ