Ötən il kəhrizlərin istismar vəziyyətinin yaxşılaşdırılması məqsədilə Ordubad rayonunda 8, Kəngərli rayonunda 21, Şahbuz rayonunda 1, Naxçıvan şəhərində isə 2 kəhriz olmaqla, ümumilikdə 32 kəhrizdə cari təmir işləri aparılıb.
Kəhrizlərin təmir-bərpası işləri bu ildə də aparılır. Kəngərli rayonunda 4 kəhrizdə cari təmir işləri başa çatdırılıb, Ordubad rayonunda isə 1 kəhrizdə təmir işləri hazırda davam etdirilir.
