Sizin reklam burada
Sizin reklam burada
  • ABŞ-nin ticarət kəsiri 2025-ci ildə rekord həddə çatıb

    ABŞ-nin ticarət kəsiri 2025-ci ildə rekord həddə - 1,24 trilyon dollara çatıb ki, bu da öncəki illə müqayisədə 2,1 faiz çoxdur.

    ABŞ-nin İqtisadi Təhlil Bürosunun açıqladığı məlumata görə, 2025-ci ildə Birləşmiş Ştatların ixrac və idxalının illik dəyəri müvafiq olaraq 2,19 trilyon dollar və 3,43 trilyon dollar təşkil edib. Əsas ticarət tərəfdaşları arasında ABŞ-nin Avropa İttifaqı ilə ticarət kəsiri 17,12 milyard dollar azalıb, Meksika və Vyetnamla ticarət kəsiri isə müvafiq olaraq 25,42 milyard dollar və 54,73 milyard dollar artıb.

    Eyni zamanda, ABŞ-nin xidmət ticarətində profisiti 2025-ci ildə 339,47 milyard dollar olub ki, bu da öncəki illə müqayisədə 27,6 milyard dollar (8,85 faiz) çoxdur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ