Sizin reklam burada
Sizin reklam burada
  • ADO-G şirkətlər qrupundan yeni layihə; STS kranın açılışı

    Bu gün ADO-G şirkətlər qrupunun prezidenti, Əməkdar mühəndis Musa Süleymanovun dəvətilə Zirə Portu Üçün 90 Ton Tutumlu STS Sahil Kranı: Elektrik və Avtomatika Layihəsi və Kran Təmir Xidmətinin açılış mərasimində iştirak etdik.
    Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədri Arzu Nağıyev, deputat Aydın Hüseynov, Ələt Azad Ticarət Zonasının rəhbəri Valeh Ələsgərov və digər rəsmi şəxslərlə yanaşı, müxtəlif media mənsubları, televiziya işçilərinin də iştirakı ilə düzənlənən açılış mərasimində Musa Süleymanov başda olmaqla, çıxış edən hər kəs Azərbaycanda analoqu olmayan və dünyada 3-cü Kran olan bu möhtəşəm mexanizmin əhəmiyyətindən, verəcəyi töhfələrdən bəhs etdilər, TECHNOCARE MMC və ADO-G şirkətlər qrupunun birgə əməkdaşlığı nəticəsində Zirə portunda həyata keçirilmiş maksimum yük daşıma qabiliyyəti 90 ton olan STS (Ship-to-Shore) sahil kranının elektrik və avtomatika layihəsi, müasir liman infrastrukturunun inkişafı üçün mühüm bir addım olduğunu, bu layihənin, həm liman əməliyyatlarının səmərəliliyini artırmaq, həm də təhlükəsizliyi ən yüksək səviyyədə təmin etmək üçün nəzərdə tutulduğunu dilə gətirdilər.

    Musa Süleymanov çıxışında xüsusi vurğuladı ki, Zirə portu üçün nəzərdə tutulmuş STS sahil kranının elektrik sistemləri, yüksək performans və etibarlılığı təmin edən qabaqcıl texnologiyalar əsasında hazırlanmışdır. Mühəndis komandamız, kranın enerji sərfiyyatını optimallaşdırmaq üçün yenilikçi həllər təqdim etmişdir. Bu elektrik sistemi, həm enerji istehlakını minimuma endirir, həm də kranın istismar müddətini uzadır.
    O, sözügedən kranın avtomatika sistemi, yüklərin daşınmasında tam dəqiqlik və təhlükəsizlik təmin edən kompleks bir sistem olduğunu vurğuladı:

    "Bu sistem, yüksək səviyyəli sensor texnologiyaları və qabaqcıl nəzarət mexanizmləri ilə təchiz edilib ki, bu da kranın əməliyyatlarının tam avtomatik rejimdə idarə edilməsinə imkan verir. Nəticədə, yüklərin daşınması daha səmərəli və təhlükəsiz bir şəkildə həyata keçirilir.
    STS sahil kranının dizaynında təhlükəsizlik ən önəmli faktor kimi nəzərə alınmışdır. Layihə çərçivəsində elektrik və avtomatika sistemləri, potensial təhlükələri minimuma endirmək üçün xüsusi təhlükəsizlik mexanizmləri ilə təchiz edilmişdir. Bu tədbirlər, həm operatorların, həm də liman işçilərinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
    TECHNOCARE MMC olaraq, yalnız yeni kran layihələrinin həyata keçirilməsi ilə kifayətlənmir, eyni zamanda mövcud kranların təmiri xidmətini də təmin edirik. Kran temiri sahəsində geniş təcrübəmiz və mütəxəssis komandamız sayəsində, hər növ kranların, o cümlədən LIEBHERR kimi tanınmış markaların təmirini yüksək keyfiyyətlə həyata keçiririk. Bununla, kranın uzun müddət problemsiz işləməsini təmin edir və iş dayanmalarının qarşısını alır."

    Kran Təmir Xidmətinin üstünlüklərini çıxışı zamanı dilə gətirən M. Süleymanov qeyd etdi ki, təmir prosesində yalnız orijinal ehtiyat hissələrindən istifadə edilir ki, bu da kranın iş qabiliyyətini artırır və uzunmüddətli həllər təmin edir:

    "Liman əməliyyatlarında fasilələrin qarşısını almaq üçün təmir xidmətimiz mümkün olan ən qısa zamanda yerinə yetirilir. Kran təmiri öncəsi genişmiqyaslı diaqnostika aparılır ki, problemlər tam müəyyən edilsin və effektiv həll yolları tətbiq edilsin.
    TECHNOCARE MMC, Zirə portu üçün həyata keçirdiyi STS sahil kranının elektrik və avtomatika layihəsi ilə yanaşı, kran təmiri sahəsində də etibarlı bir partnyordur."- ADO-G şirkətlər qrupunun prezidenti bildirdi.

    Bəradər Səməndərli
    "Atributinfo.az"








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ