Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 6%-ə yaxın artıb

    Bu ilin avqustun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,1 faiz artaraq 823,9 min nəfər təşkil edib.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

    Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 5,8 faiz artaraq 55,8 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4,3 faiz artaraq 226,8 min olub.

    Qeyd edilib ki, həmin tarixə uçotda olan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 111,8 min, qeydiyyatda olan POS-terminalların sayı 140,7 min təşkil edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ