
Bu fikirləri Milli Məclisin dünən-iyunun 21-də keçirilən növbədənkənar plenar iclasında Razi Nurullayev səsləndirib. O vurğulayıb ki, əgər bu doğurdan da belədirsə, təklif edirəm ki, qanunda aydın və gizlinsiz göstərilsin ki, bir yaşayış yeri olan ailələrə bu qanun şamil edilməsin:
"Bilirsiniz nəyə görə? Ailələr tanıyıram ki, qazı işlətmir ki, aylığı ödəyə bilməyəcək. Qazı çox soyuq olan zaman yandırır, yaxud körpə uşaq olan otaqda yandırır. Ailələr tanıyıram ki, onlar kombini bir neçə saat yandırır və gecələr söndürür ki, yorğanın altında qızınsınlar.
Bütün bunları nəzərə alaraq, ya mövcud maddələrdən birinə, ya da əlavə bir maddə əlavə edilsin ki, istehlakçılar aydın şəkildə qanunu başa düşsünlər. Mən oxudum, amma tam aydın ifadə edilən maddə tapmadım. Ola bilsin ki, mənim texniki biliklərim yetərincə deyil. Amma, istehlakçıların 90 faizinin da texniki bilikləri elə mənim biliklərim qədərdir.
Mən əsaslı izahat verilməsini istəyirəm."- Deputat səsləndirib.
Bəradər Səməndərli
"Atributinfo.az"