Bu barədə Mərkəzi Bankın açıqladığı “Maliyyə sabitliyi hesabatı”nda məlumat verilib.
“Tikinti sektorunun stabil artım tempi iqtisadiyyatda ümumi investisiya mühitinin güclənməsinə və məşğulluq səviyyəsinin qorunmasına müsbət təsir göstərib. Beləliklə, son dövrlərdə tikinti sektorunun ÜDM-dəki payının artması ümumi iqtisadi aktivliyin dəstəklənməsində əhəmiyyətli rol oynamışdır. 2024-cü ildə tikinti müəssisələrində çalışan muzdlu işçilərin sayı 2023-cü illə müqayisədə 3,7 faiz artaraq 117 min nəfər təşkil edib”, - deyə hesabatda bildirilir.
