Sizin reklam burada
Sizin reklam burada
  • Arzu Nağıyevdən növbəti qələbə munasibətilə"Turan" voleybol klubuna təbrik

    Bu gün Tovuzumuzun  “Turan” Voleybol Klubu Azərbaycan idman tarixində növbəti möhtəşəm uğura imza atıb. Qadın voleybolçulardan ibarət komandamız CEV Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Maritsa” kollektivini həm səfərdə, həm də doğma meydanda 3:0 hesabı ilə məğlub edərək turnirin qrup mərhələsinə vəsiqə qazanıb."


    Bu sevinci "atributinfo.az"la bolüsən millət vəkili Arzu Nağıyev 

    Bu tarixi nailiyyət münasibətilə klubun rəhbərliyini, məşqçilər heyətini və bütün idmançıları ürəkdən təbrik etdiyini bildirib:


    "Tovuzda voleybol ənənələrinin inkişafı, komandamızın beynəlxalq arenada qazandığı uğurlar hər birimiz üçün böyük qürur mənbəyidir. İnanıram ki, “Turan” Avropanın nüfuzlu klub turnirinin qrup mərhələsində də ölkəmizi layiqincə təmsil edəcək və yeni qələbələrlə bizi sevindirəcək..."- Arzu Nağıyev deyib



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ