Sizin reklam burada
Sizin reklam burada
  • Xosep Qvardiola “Mançester Siti”dən ayrılır

    “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola cari mövsümün sonunda İngiltərə klubundan ayrıla bilər.

    İspaniyalı mütəxəssis yekun qərarını mövsümün sonlarına yaxın açıqlayacaq.

    İddiaya görə, o, ilkin qərarını dəyişib klubda qalsa belə, 2027-ci ilin yayında başa çatacaq hazırkı müqaviləsinin müddətini uzatmayacaq.

    "Mançester Siti" İngiltərə Premyer Liqasında 24 turdan sonra 47 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda, həmçinin Çempionlar Liqasında 1/8, İngiltərə Kubokunda 1/16, Liqa Kubokunda (FA Cup) isə finala yüksəlib.

    Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"yə başçılıq edir. Onun rəhbərliyi altında komanda Premyer Liqanın, Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ