Sizin reklam burada
Sizin reklam burada
  • Yoxlama oyunu: “Neftçi” Misir klubu ilə qarşılaşacaq

    Mövsümün ikinci yarısına Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə hazırlaşan "Neftçi" növbəti yoxlama matçına çıxacaq.

    Paytaxt təmsilçisi bu gün Misirin “Piramids" klubu ilə qarşılaşacaq.

    "Məhəmməd bin Zayed" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

    Qeyd edək ki, “ağ-qaralar” ilk oyununda "Kayrat"a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gəlib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ