Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyə Superliqası: "Fənərbağça" darmadağınla 2-ci pilləyə yüksəlib

    Futbol üzrə Türkiyə Superliqasında XVI tura yekun vurulub.

    Bağlanış oyununda "Fənərbağça" öz meydanında "Konyaspor"la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qolları Anderson Taliska (2), Mərt Müldür və Marko Asensio vurublar.

    Bu nəticədən sonra xallarını 36-ya çatdıran "Fənərbağça" turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Komanda lider "Qalatasaray"dan cəmi 3 xal geri qalır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ