Oyun başlamazdan təxminən bir saat əvvəl “Stadio Luigi Ferraris” arenası yaxınlığında iğtişaşlar baş verib. Toqquşmalar nəticəsində iki nəfər xəsarət alıb və üç avtomobil yandırılıb.
Polis gözyaşardıcı qazdan istifadə edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları stadionun yaxınlığında asayişi bərpa edə bilibilər və matç planlaşdırıldığı kimi başlayıb. Oyun “İnter”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
