Sizin reklam burada
Sizin reklam burada
  • Braziliya millisinin sabiq üzvü karyerasını başa vurdu

    Braziliya milli komandasının sabiq yarımmüdafiəçisi Fernandinyu peşəkar futbolçu karyerasını başa vurub.

    40 yaşlı yarımmüdafiəçi ötən gün Kuritibada keçirilən xeyriyyə matçından sonra qərarını açıqlayıb:

    “Artıq yorulmuşam. Bu gün cəmi 30 dəqiqədən bir qədər çox qaçandan sonra yorulduğumu hiss etdim. Futbolda məni motivasiya edə biləcək heç nə qalmayıb. Bu oyunda nail ola biləcəyim hər şeyə nail olmuşam, ala biləcəyim hər şeyi almışam. İndi isə ailəmlə həyatdan zövq almağın vaxtıdır”.

    Qeyd edək ki, Fernandinyo karyerası ərzində "Atletiko Paranaense", "Şaxtyor" və "Mançester Siti"də çıxış edib. Təcrüəbli oyunçu Braziliya yığmasının heyətində meydana çıxdığı 53 oyunda 2 qol vurub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ