Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın U-21 yığması seçmə mərhələdə ilk qələbəsini qazanıb

    Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində beşinci oyununa çıxıb.

    B qrupunda yer alan yığmamız Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Europa Point Stadium” keçirilən görüşdə komandamız Murad Məmmədovun 54-cü dəqiqədə vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb. Seçmə mərhələdəki ilk qalibiyyətdən sonra Rəşad Eyyubovun başçılıq etdiyi komanda xallarının sayını 5-ə çatdırıb.

    U-21 qrupda növbəti görüşünü 2026-cı il martın 27-də evdə Portuqaliya yığmasına qarşı keçirəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ