Turnirin məqsədi Zəfər Gününün əhəmiyyətini uşaqlar arasında təbliğ etmək, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək və onların intellektual inkişafına dəstək vermək olub.
Yarışda Benilüks ölkələrində yaşayan müxtəlif yaş qruplarından olan azərbaycanlı uşaqlar iştirak ediblər. Turnir dairəvi sistem üzrə təşkil olunub.
Tədbirdə, həmçinin Azərbaycanın Niderland Krallığında fəaliyyət göstərən diplomatik korpusunun əməkdaşları da iştirak ediblər. Qeyd olunub ki, uşaqlar belə tədbirlər vasitəsilə milli kimlik və vətənpərvərlik duyğularını qoruyub, inkişaf etdirirlər.
Qaliblər müxtəlif yaş kateqoriyalarında müəyyən edilib. Bütün iştirakçılara sertifikatlar, medallar və xatirə hədiyyələri təqdim olunub.
