İsveç Futbol Assosiasiyasının rəsmi saytına istinadla xəbər verilir ki, bu posta Qrem Potter gətirilib.
O, yığmanın 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki uğursuz nəticələrindən sonra istefaya göndərilən Yon Dal Tomassonu əvəzləyib.
Qeyd edək ki, Qrem Potter daha əvvəl İngiltərənin "Çelsi", “Vest Hem” və “Brayton” klublarında çalışıb.
