Yığma Karvina şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qarşılaşmanı Şimali Makedoniyadan olan baş hakim Yovan Kaçevski idarə edəcək.
Qeyd edək ki, U-21 seçmə mərhələdə daha əvvəl Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub, Bakıda Bolqarıstanla isə 1:1 hesablı heç-heçə edib.
