Sumo üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub
İdman
15-09-2025, 11:38
103
Tailandın paytaxtı Bankokda keçirilən sumo üzrə dünya çempionatında yarışın rəsmi bayrağı Azərbaycana təqdim edilib.
Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasından bildirilib ki, bayrağı ölkəmiz adından qurumun vitse-prezidenti Ülvi Ağamirov təhvil alıb.
Qeyd edək ki, gələn il sumo üzrə dünya çempionatı Bakıda keçiriləcək.