Sizin reklam burada
Sizin reklam burada
  • Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi bürünc medal qazanıb

    Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.

    İkinci yarış günündə 2 sərbəst güləşçimiz bürünc medal qazanıb.

    Nurlan Ağazadə (70 kiloqram) debüt etdiyi mundialda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Həmyerlimiz həlledici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub – 4:0.

    Yusif Dursunov (125 kiloqram) bürünc medal uğrunda qarşılaşmada fransalı Levan Laqvilavayla üz-üzə gəlib. Son saniyələrdə həlledici xalı alan güləşçimiz 2:1 hesablı qələbə ilə dünya üçüncüsü olub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ