İspaniya ilə final matçında Portuqaliya millisi iki dəfə hesabda geri düşsə də, bərabərliyə nail olub və sonra penaltilər seriyasında qalib gəlib.
Komandasını ikinci qolunu vuran Kriştiano Ronaldo 88-ci dəqiqədə əvəzlənib. Alvaro Morata isə penaltilər seriyasında fərqlənməyərək komandasının məğlubiyyətinə səbəb olub.
Beləliklə, Portuqaliya komandası tarixində 2-ci dəfə UEFA Millətlər Liqasının qalibi olub.
