Sizin reklam burada
Sizin reklam burada
  • “Qarabağ”ın futbolçusu Azərbaycan çempionatları tarixinə düşüb

    Bədavi Hüseynov “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında 250-ci oyuna çıxıb.

    Onun yubileyi Misli Premyer Liqasının XXXIV turunun “Araz-Naxçıvan”la görüşünə (2:0) təsadüf edib.

    Müdafiəçi 2012-ci ildən formasını geyindiyi klubdakı bu görüşlərdə 4 qola imza atıb. Bədavi Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 250 matça çıxan 6-cı futbolçu kimi düşüb.

    1. Maksim Medvedev (“Qarabağ”) – 376

    2. Qara Qarayev (“Qarabağ”) – 305

    3. Aslan Kərimov (“Qarabağ”) – 268

    4-5. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) – 254

    Riçard Almeyda (“Qarabağ”) – 254

    6. Bədavi Hüseynov (“Qarabağ”) – 250.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ