İlk oyun günündə bir qarşılaşma keçiriləcək. “Zirə” doğma meydanda “Turan Tovuz”la qarşılaşacaq. Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq matç saat 20:00-da başlayacaq.
Bakı təmsilçisi 64 xalla 2-ci, Tovuz klubu isə 49 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər qarşılaşmaları mayın 3-4-də keçiriləcək.
