"Atributinfo.az" xəbər verir ki, ötən ilin yekunları ilə bağlı danışan Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev qazanılan uğurlar barədə məlumat verib. İdmana dövlət tərəfindən daim diqqət və dəstək göstərildiyini vurğulayan federasiya rəhbəri bildirib ki, bu qayğını hər zaman yüksək qiymətləndirmək lazımdır. O, 2025-ci ildə idmançılardan daha böyük uğurlar gözlədiyini diqqətə çatdırıb. AKF-nin vitse-prezidenti Füzuli Musayev 2025-ci ilin idmançılar üçün daha uğurlu keçəcəyinə inandığını bildirib.
Baş katib Qabil Sayadov federasiyanın 2024-cü ildəki fəaliyyəti ilə bağlı hesabat verib.
Sonra ötən ilin ən yaxşıları, eləcə də karate idman növünün işıqlandırılmasında yaxından iştirak edən media qurumları mükafatlandırılıb.
Bəradər Səməndərli
"Atributinfo.az"
