Sizin reklam burada
Sizin reklam burada
  • YAP Astara rayon təşkilatı tərəfindən şəhid xatirəsi yad edilib


    Astarada 2022 - ci il sentyabr hadisələrində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Qurbanzadə Cəmil Anar oğlunun əziz xatirəsi yad edilib. 


    "Atributinfo.az" xəbər verir ki, Cəmil Qurbanzadə 27 aprel 2003-cü ildə Astara şəhərində anadan olmuşdur. Astara şəhər 2 saylı tam orta məktəbi bitirdikdən sonra 2020-ci ildə Azərbaycan Dövlət İdman Akademiyasının qiyabi şöbəsinə daxil olub. 2021-ci ilin aprel ayında hərbi xidmətə yola düşüb. 13 sentyabr 2022-ci ildə Azərbaycan–Ermənistan sərhəd toqquşması zamanı şəhid olub. Onun nəşi 16 sentyabr 2022-ci ildə doğulub boya başa çatdığı Astara şəhəri Astara şəhərində dəfn edilib.

    Cəmil Qurbanzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.


    Allah şəhidlərimizə rəhmət eləsin.


    Bəradər Səməndərli 



    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ