BŞTİ-dən bildirilib ki, müsahibədə iştirak etmək istəyən namizədlər yanvarın 29-dan fevralın 2-si saat 17:00-dək BŞTİ-yə yaxınlaşaraq ərizə ilə müraciət edə bilərlər. Namizədlər şəxsiyyəti, təhsili təsdiq edən sənədin və əmək kitabçasının (olduğu təqdirdə) surətini ərizə ilə birlikdə təqdim etməlidirlər.
Təqdim olunan məlumatlar yoxlandıqdan sonra uyğun namizədlərin qeydiyyatdan keçdikləri mobil telefona müsahibənin vaxtı və məkanı haqqında məlumat SMS vasitəsilə göndəriləcək.
Müsahibəndən uğurla keçən namizədlər nəticələrə uyğun olaraq müvafiq vakant yerlərlə təmin olunacaqlar.
