Sizin reklam burada
Sizin reklam burada
  • 70 yaşın astanasında…

    Hörmətli aydınımız, dəyərli pedaqoq-alim, əziz dostumuz İbrahim Cəfərov,
    Sizi yaşınızın mükəmməl çağı, 70 illik yubileyiniz münasibətilə başçılıq etdiyim "atributinfo.az" saytının və "Atribut" qəzetinin yaradıcı kollektivi adından ürəkdən təbrik edir, yeni yaşınızda yeni-yeni uğurlar, möhkəm can sağlığı arzulayıram! Və ömrün bu əlamətdar astanasında feysbuk səhifənizdə paylaşdığınız qəlb pıçıltılarınızı təbrikə əlavə edirəm.

    Bəradər Səməndərli.

    ***

    "70 yaşın astanasında…
    Başım işlərə qarışdı, bir də gördüm ki, ailə üzvlərim, dostlarım xatırladırlar ki, bəs Sənin 70 yaşını necə qeyd edəcəyik, əlbəttə bu bir zarafatdır, mənim üçün belə tədbirlər sıradan bir işdir. 70 az yaş deyil, arxaya, ötən illərə baxanda qazandıqların ən çox önəmlidir.

    Həyatımın ən çiçəklənən dövrünü Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ( indi ADAU) keçirmişəm, sıravi müəllimdən rektorluğa qədər yüksəlmişəm. Əmək sərf etmişəm, yaxşı işləməyə, möhtərəm cənab Prezidentin etimadını doğrultmağa çalışmışam, rektor işlədiyim müddətdə 3 dəfə cənab Prezidentlə ADAU- da görüşmüşəm, daim dövlətin dəstəyini hiss etmişəm, universitet yenidən qurulub, gənclərin, tələbələrin sevgisini qazanmışam, onlarla layihələr həyata keçirilib, aqrar təhsil və elm üçün nə bacarmışamsa etmişəm.

    İndi rəhmətlik akademik Siddiqə xanım Məmmədovanın direktor işlədiyi instituta rəhbərlik edirəm, çox xoşbəxtəm, burada gənclərə dəstəyə daha çox ehtiyac var, vaxtım yoxdur, bəzən 70- i də unuduram…"

    İbrahim Cəfərov
    Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor

    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ