Sizin reklam burada
Sizin reklam burada
  • Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edir

    M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı aparıcı mühasib vakansiyası elan edir.

    Bu barədə MDU-nun Bakı filialından məlumat verilib. Vakant olan vəzifə haqqında məlumatı təqdim edirik:

    İş qrafiki: Tam ştat, 6 günlük

    - Həftəiçi: 09:00–17:00

    - Şənbə: 09:00–15:00

    Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək.

    Ünvan: Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küçəsi, 1

    Vəzifə öhdəlikləri:

    - Mühasibat uçotunun mövcud qanunvericiliyə uyğun şəkildə aparılması

    - Maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması və təqdim edilməsi

    - Vergi, DSMF və digər dövlət orqanlarına müvafiq hesabatların vaxtında təqdim edilməsi

    - Büdcə və büdcədənkənar vəsaitlərin uçotuna nəzarət

    - Əməkhaqqı, məzuniyyət, ezamiyyə, tələbə təqaüdləri və digər ödənişlərin hesablanması və ödənilməsinin təmin edilməsi

    - Əsas vəsaitlərin, ehtiyatların və mal-material qiymətlilərinin alınması, istismara verilməsi, amortizasiyasının hesablanması, balansdan silinməsi və inventarizasiyanın aparılması

    - Mühasibat sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsi

    - Rəhbərliyin və baş mühasibin tapşırıqlarının icrası

    Namizədə tələblər:

    - Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə)

    - Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi

    - Dövlət müəssisəsində və ya ali təhsil müəssisəsində iş təcrübəsi arzuolunandır.

    - AR Vergi Məcəlləsi, əmək qanunvericiliyi və mühasibat uçotu üzrə biliklər

    - 1C, MS Excel və müvafiq mühasibat proqramlarında sərbəst işləmək bacarığı

    - Azərbaycan dili vacibdir. Rus dili arzuolunandır.

    - Məsuliyyətlilik, dəqiqlik və analitik düşüncə.

    Vakansiya ilə maraqlanan şəxslər CV-lərini məktubun mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə hr@msu.edu.az elektron ünvanına fevralın 5-dək göndərə bilərlər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ