Sizin reklam burada
Sizin reklam burada
  • "Bu gün hamılıqla həmrəyik"- İbrahim Cəfərov

    "Dəyərli dostlar, həmkarlar, bizə hörmətlə yanaşan insanlar, 29 dekabr 2025-ci ildə Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin çox dəyərli kollektivi ilə birlikdə “İmperial” şadlıq sarayında köhnə ili yola salaraq, yeni ilə xoş arzularla başlamaq arzusu ilə möhtəşəm bir gecə keçirdik."

    Bu sətirləri Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, bu gün hamılıqla həmrəyik, möhtərəm cənab Prezidentin, Müzəffər Ali Baş Komandanın ətrafında “dəmir yumruq” kimi birləşərək ölkəmiz, millətimiz, dövlətimiz naminə çalışırıq, aqrar elmə və təhsilə çox kiçik də olsa, töhfələrimizi veririk, çslışırıq:

    "Bu gözəl günlərdə hər kəsə sağlam və uzun ömür, eləcə də bərəkət, ruzi arzulayıram, bayramlarımız mübarək deyirəm. Allah bu soyuq günlərdə Vətən və dövlət naminə sərhədlərimizin keşiyində dayanan nər oğullarımızı qorusun!"- Professor paylaşımda qeyd edib.

    Bəradər Səməndərli
    "Atributinfo.az







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ