Sizin reklam burada
Sizin reklam burada
  • Deputatla sual-cavab

    Razi Nurullayevin Feysbuk səhifəsindən

    Bir sayt mənə sual ünvanlayıb və cavab vermişəm. Amma, cavabın bir hissəsini çıxarıb verib deyə sual və cavabı burada maraqlı olduğu üçün yayımlayıram.

    Ümumiyyətlə, dövlət orqanlarında işçilər üzərində stres və sosial təzyiqin azaldılması üçün danışmaq niyyətindəyəm və istəyirəm ki, bu sahədə Avropa səviyyəsinə çataq.

    Sual:

    Gömrük Komitəsi ilə bağlı son həbslər göstərir ki, bu qurumda ciddi islahatlara, həmçinin yoxlama aparılmasına ehtiyac var. Bu qurumun işini necə dəyərləndirirsiniz? Bu mövzuda ümumi şərhiniz lazım idi zəhmət olmasa.

    Cavab:

    Son hadisələr göstərir ki, gömrük sistemində şəffaflığın artırılması istiqamətində addımlar atılır və bu proses artıq müəyyən tarazlığın formalaşmasına gətirib çıxarıb. İçəridə nə baş verir, kim düz, kim səhvdir bilmirəm, bilmək də istəmirəm. Çünki, təklif və tənqidlər bəzi qurumlarda az qala qılıncla qarşılanır.

    Amma məni dövlət orqanlarında, o cümlədən Gömrük Komitəsində ciddi narahat edən bir vəziyyət var. Sistemdə elə bir mexanizm formalaşıb ki, bir pillə yuxarıda dayanan rəhbər, sanki yalnız təzyiq göstərmək yolu ilə nəticə əldə etməyi üstün tutur. Aşağıda çalışan əməkdaş daim izahat vermək, səhv axtarışına cavab tapmaq və qorxu ilə işləmək məcburiyyətində qalır. Bu, idarəçilik deyil, bu, insanı psixoloji basqı altında saxlayan köhnə və səmərəsiz yanaşmadır. Pilləcə yuxarıda dayanan rəhbər əlinə dəryaz alıb hamını ot kimi biçmək istəyirsə, bir dəfə dəryazı daşa ilişəcək və yaranan qığılcım onun özünü yandıracaq.

    Ağır iş rejimi, həddən artıq nəzarət, bitib-tükənməyən göstəricilər və “səhv etsən, cəzalandırılacaqsan” hədəsi insanları purjun kimi sıxılmış vəziyyətdə saxlayır. Belə mühitdə nə təşəbbüs qalır, nə də xidmət keyfiyyəti. İnsanlar sadəcə cəzadan yayınmağa çalışır, vətəndaşa xidmət isə ikinci plana keçir.

    Bu yanaşma kökündən dəyişməlidir. Dövlət orqanlarında intizam olmalıdır, amma dəhşətli qorxu atmosferi yox. İşçiyə etimad, ədalətli qiymətləndirmə və normal iş şəraiti yaradılmadan heç bir islahat real nəticə verməyəcək. İdarəetmə mədəniyyəti dəyişməsə, struktur islahatlarının da effekti yarımçıq qalacaq.

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ