"Atributinfo.az" xəbər verir ki, tədbirdə müxtəlif sahələrdən olan mütəxəssislərin təcrübə və yanaşmalarının müəllimlərlə paylaşılması, onların gündəlik tədris prosesində qarşılaşdığı məsələlərin həll yollarının müzakirəsi təhsilin inkişafında qarşılıqlı əməkdaşlığın vacibliyini bir daha göstərir.
Deputat çıxışında müəllimlərin şagirdlər üçün nümunə olduğunu, tədris prosesində müəllimlərin peşə bacarıqlarının və şəxsi keyfiyyətlərinin xüsusi önəm daşıdığını vurğulayıb, müəllimlərlə tövsiyələrini bölüşüb.
Qeyd edək ki, bu kimi görüşlər müəllimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də təhsil sahəsində müasir yanaşmaların paylaşılması baxımından olduqca əhəmiyyətlidir.
Bəradər Səməndərli
"Atributinfo.az"
