Sizin reklam burada
Sizin reklam burada
  • 21 dekabr Qara Polkovnikin doğum günüdür!

    21 dekabr Qara Polkovnikin doğum günüdür!Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi polis polkunun komandiri, polkovnik, Tovuz Xeyriyyə Cəmiyyətinin Ağsaqqallar Şurasının sabiq sədr müavini Fətulla Əli oğlu Hüseynov (Qara Polkovnik) 1937-ci ildə Tovuz rayonunda anadan olub. Azərbaycan Texniki Universitetinin avtomobil–tikinti fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Sonra O, SSR-nin Daxili İşlər nazirliyinin Yüksək Akademik kurslarını bitirir. 1960–90-cı illərdə Respublika yol polisinin rəis müavini və Bakı şəhər yol polisi idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əlavə Fətulla Hüseynov Azərbaycanın baş yanğınsöndürmə idarəsinin rəis müavini, DİN–in polis polkunun komandiri və s. vəzifələrdə çalışıb.
    1993-cü ildə Qarabağ Azadlıq Təşkilatının üzvü olan Fətulla Hüseynov 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən Horadiz əməliyyatına rəhbərlik edib. Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd "Şturm-S", 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.
    1992-ci ildə Fətulla Hüseynov AFFA-nın nizam–intizam komitəsinin sədri oldu. O, 1996-cı ildən 2001-ci ilədək AFFA-nın viste–prezidenti vəzifəsində işləyib. UEFA-nın Azərbaycanda futbol oyunlarının keçirilməsi üzrə nümayəndəsi olub.
    Fətulla Hüseynov 2004-cü il 14 iyunda yaşadığı binanın qarşısında öldürülüb. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi iddia edilib. H. Məmmədov məhkəmədə bu qətlin də "siyasi sifariş" olduğunu bildirmişdi. Amma sifarişçinin kimliyini açıqlamamışdı.
    Ailəli idi, Tahir və Adil adlı oğlu var. 2012-ci il 9 avqustda onun oğlu Tahirə məxsus "Toyota" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü T. Hüseynov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
    Allah rəhmət eləsin, ruhu şad olsun.



    Çingiz Abbasov
    Tovuz Xeyriyyə Cəmiyyətinin sədri

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ