Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.
Komitə sədri bildirib ki, bununla bağlı "Tibbi sığorta haqqında" Qanunda dəyişikliklər də edilib:
"Təəssüf ki, bu məsələ hələ bugünədək öz həllini tapmayıb. Mən istərdim ki, 2026-cı ildə bu məsələ öz həllini tapsın. Çünki ambulator müalicə alan xəstələr bunu böyük səbirsizliklə gözləyirlər".
