Sizin reklam burada
Sizin reklam burada
  • PeşəFest - 2025" tədbirinin finalında iştirak və çıxış etdik

    Musa Quliyev
    Milli Məclisin Əmək və Əhalinin Sosial Müdafiəsi Komitəsinin sədri, millət vəkili

    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi, ölkənin müxtəlif bölgələrində keçirilən interaktiv karyera yönümlü layihə olan PeşəFest- peşələr festivalının yekun tədbiri bu gün ölkəmizin ən böyük sarayı olan Baku Crystal Hall — çoxməqsədli idman-konsert kompleksində baş tutdu. Bu ilin əvvəlindən
    “Peşə öyrən, gələcəyini qur!” devizi ilə
    start götürən bu interaktiv layihə ölkəmizin 10 bölgəsində uğurla həyata keçirilmişdir.
    Layihənin məqsədi gənclərə və yeniyetmələrə müxtəlif peşələri tanıtmaq, peşəseçimi prosesində onlara dəstək olmaq, valideynləri məlumatlandırmaq və əmək bazarının gələcək tələblərinə uyğun maarifləndirmə aparmaqdır.
    Bu günkü tədbirə qatılanlarla birlikdı PeşəFest tədbbiri 90 mindən çox iştirakçını əhatə etmiş, bu görüşlərdə gənc iş axtaranlara və tələbələrə ölkəmizdə ən çox təlabat olan 14 peşə (Kibertəhlükəsizlik, Data analitika, Helpdesk, 3D animator, Zinət əşyalarının dizayneri, Turizm təşkilatçısı, Dülgər, Avtomobil təmiri üzrə çilingər, Qida mühəndisi, Qənnadıçı, Xilasedici, Barista, Diş texniki, BaytarFestival proqramı) haqqında ətraflı bilgi verilmişdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ