Bu fikirləri elm və təhsil nazirinin müavini Həsən Həsənli Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional konfransında deyib.
O bildirib ki, su ehtiyatlarından səmərəli istifadəyə dair maarifləndirmə layihələri ölkədə mühüm istiqamətlərdən biridir: “Ümid edirəm ki, sudan istifadə ilə bağlı məktəblərdə həyata keçirdiyimiz kampaniyalar təqdimatımızda da öz əksini tapacaq. Bu təşəbbüslərin iqlim dəyişikliklərinə qarşı mübarizədə faydalı təcrübə kimi dəyərləndiriləcəyinə əminik”.
