Bunu "atributinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı, həkim-şair Musa Urud deyib. O, əlavə edib ki, Əlisəmidin vəziyyəti əvvəlkinə nisbətən xeyli yaxşıdır, huşu tam aydındır, adekvatdır. Özü də yaxşılaşdığını qeyd etdi.
Onun səhhəti ilə bağlı narahat olan bütün dostlara salam göndərdi:
"Onu da qeyd etməyi lazım bilirəm ki, Əlisəmid Kürün bütün müalicə xərcləri xəstəxana tərəfindən ən yüksək səviyyədə qarşılanır. Yaxın günlərdə şair reanimasiya şöbəsindən çıxıb müalicəsini palatada davam etdirəcəkdir.
Son olaraq bizim müraciətimizə yüksək diqqətlə yanaşan, şair Əlisəmid Kürün müalicəsinin təşkilində əlllərindən gələn köməyi əsirgəməyən direktor Elviz müəllimə, baş həkim Sahib həkimə və müalicə həkimi Fatma xanıma, eləcə də reanimasiya şöbəsinin bütün əməkdaşlarına minnətdarlımızı bildirirəm.
Şair dostumuza acil şəfalar,can sağlığı və yaradıcılıq uğurları arzulayıram."- Musa Urud deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
