İnstitutdan bildirilib ki, Qazaxıstan Milli Elmlər Akademiyasının A.X.Marqulan adına Arxeologiya İnstitutunun təşkilatçılığı ilə baş tutan proqramda iştirakçılar müasir arxeoloji tədqiqat üsullarını öyrənib, o cümlədən maqnitometr-qradometr, GNSS qəbulediciləri və pilotsuz uçuş aparatları ilə işləmə bacarıqlarına yiyələniblər. Onlara, həmçinin ortofotoplanların və 3D modellərin hazırlanması texnikası praktiki şəkildə öyrədilib.
Yay məktəbinə Azərbaycanla yanaşı, Rusiya, Belarus və Qazaxıstandan mütəxəssislər qatılıb. Təlimin sonunda iştirakçılar A.X.Marqulan adına Arxeologiya İnstitutunun direktoru Akan Onqaruli tərəfindən sertifikatlarla təltif olunublar.
