Sizin reklam burada
Sizin reklam burada
  • “Axirətdən gələn zəng” tamaşası yeni quruluşda

    Bakı Uşaq və Gənclər Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi yeni quruluşda səhnələşdirilir.

    Teatrda əsərin oxunuşu və müzakirəsi keçirilib.

    Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, rejissoru İlhamə Əhmədova, rejissor assistenti Nuranə Rəsulova, quruluşçu rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Yusif Rüstəmovdur.

    Biz heç kimin “şən matryoşkalar”ı deyilik!Stiven Spilberq: Təqaüdə çıxmaq fikrim yoxdur...Elm hansı mövzularda acizdir? - İddialar və həqiqətlər...

    Tamaşada rolları əməkdar artist İntiqam Soltan, aktyorlar Mehman Piriyev, Könül Şahbazova, Gülər Ləzgiyeva, Tofiq İsgəndərli, Niyaz Novruzov, Gülər Məhərrəmova, Fatimə Qasımova, İlhamə Əhmədova, Aytən Səfərova, Flora Hüseynova, Sənan Fərzəliyev və başqaları ifa edəcəklər.

    Qeyd edək ki, tamaşa Hüseynbala Mirələmovun 80 illik yubileyinə həsr olunub.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ