Bu fikirləri Milli Məclisin bugünkü növbədənkənar plenar iclasında cari məsələlərlə bağlı cixiş edərkən deputat Razi Nurullayev səsləndirdi. O, əlavə etdi ki,
ADA Universiteti Azərbaycana təhsil sahəsində tam şəffaflığı, innovasiyanı, yeni yanaşmaları, müəllim və tələbə arasında dostluğu, yeni təhsil mühitini gətirən ilk ali təhsil ocağıdır:
"ADA-da dünyanın ən məşhur universitetlərində olan xidmətlərin çoxu mövcuddur. Bu gün ADA diplomu ölkəmizdə və qonşu ölkələrdə sual doğurmayan keyfiyyət rəmzidir, brenddir.
Bu münasibətlə Universitetin rektoru hörmətli Hafiz müəllimi, həmkarım Fariz müəllimi, Universitetin bütün kollektivini ürəkdən təbrik edir və təşəkkkürümü bildirirəm."
Razı Nurullayev təhsildən söz düşmüşkən, daha bir məsələ barədə söz açdı
"Keçən həftə açıqlanan dünya universitetlərinin reytinqində Azərbaycanın 9 ali təhsil müəssisəsinin adı da var. Hər birini ürəkdən təbrik edirəm. 6 universitetimiz isə dünyanın 1000 ən yaxşı universiteti sırasındadır. Bakı Dövlət Universiteti birincidir. Təbriklərimi qəbul etsinlər.
UNEC haqqında isə xüsusi danışmaq istəyirəm. UNEC-in həm də 95 illik yubileyi münasibətilə rektor hörmətli Ədalər Muradovu, bütün kollektivi ürəkdən təbrik edirəm. Elə Ədalət müəllimin sözü ilə də davam edirəm: Ədalət müəllim deyir ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni rektor təyin edərkən qarşıma bir vəzifə qoydu:
“Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitet olmalıdır”. Bu gün QS beynəlxalq reytinqinin nəticələri açıqlanıb. UNEC bu reytinqdə dünyanın 801-850-ci ən yaxşı universitetləri sırasına yüksəlib. Mən cənab Prezidentə hesabat verərək bildirmək istəyirəm ki, Sizin verdiyiniz tapşırıq şərəflə yerinə yetirilib, cənab Prezident! İqtisad Universiteti dünya səviyyəli universitetdir!”
Ədalət müəllim, Sizi və kollektivinizi bir daha təbrik edir və yeni-yeni nailiyyətlər arzulayıram."- Deputat dedi.
Bəradər Səməndərli
"Atributinfo az"
