Hacı Ədalət Arazlışair-publisist
Uzun müddət idi ki, daxildə gizlin inkişaf edən el arasında “apensid, yəni kor bağırsaq“ kimi tanınan xəstəlikdən əziyyət çəkən xəstəmizin vəziyyəti qarın nahiyəsində, piy qatının arxa divarında gizləndiyinə görə, şübhə doğururdu. Son aylar içində həm həkimlər, həm də həkiməqədər müalicə olaraq ev şəraitində “antibiotiklərdən” istifadə edib, sadəcə xəstəni sakitləşdirirdik. Dəfələrlə bütün analiz, rentgen, MRT, EKQ və digər müayinə üsulları vasitəsilə yoxlanılsa da, heç bir nəticə hasil olmamışdı. Son günlərdə, ağırlaşma o həddə idi ki, xəstəni itirmək üzrə idik. Artıq ağrılar dözülməz hala çatmışdı. Bu arada təsadüfdən dostum Laçın doktorla rastlaşdım və mənə “Bakıdan Yusif adında ixtisaslı bir həkim gəlib,” dedi. Təcili olaraq Saatlı rayonunda yenicə istifadəyə verilən “ Aynur klinikasına “Yusif həkimə müraciət etdim. Düzü, həkimin dediyinə inana bilmədim. Bəli, kor bağırsaq aylardı mənasız yerə edilən qeyri-peşəkar müalicələr üzündən daxildə partlamış, ətrafda olan digər bağırsaqları çürütmüşdür. Bir sözlə, son dəqiqələrini yaşayan xəstəmi Sabirabad rayon mərkəzi xəstaxanasına çatdırdım. Xoşbəxtlikdən, ”Sığortanın təşkili və innovasiya" şöbəsinin müdiri Əliyev Raqıb Əhliman oğlu səsimə səs verdi və ani olaraq yuxarıda adı çəkilən, xəstəxananın baş həkimi Əzizov Elnur Mehdi oğluna, Cərrah Məmmədov Bəhruz Teymur oğluna zəng edib xəstənin kritik vəziyyətini bildirdi...
”Təcili olaraq əməliyyat masasına getməlidi, başqa yolu yoxdu,” deyən cərrahlarımız xəstənin vəziyyətinin ürəkaçan olmadığını baxışları ilə bildirdilər. Acil həkimlərindən Bəxtiyar həkim və bütün personallar, hətta nəzarətçilər belə xəstəyə yardım üçün əllərindən gələni edirdilər. Demək olar ki, bütün günü yenidən dəqiq müayinələr etdilər və günün sonlarına yaxın, ”xəstəniz əməliyata girdi, dualarınızı əsirgəməyin” deyə, bizi az da olsa ümid verib sakitləşdirdilər. Çox ciddi və məsuliyyətli peşə daşıyıcıları, şəfalı əllər sahibləri ailəmizi anasız qoymadılar. Həyata qayıdışını çətinliklə də olsa, bərpa etdilər.
Xəstəmizin həyata qaytmasında zəhməti olan Sabirabad rayon mərkəzi xəstəxanasının baş həkimi Cərrah Əliyev Elnur mehdi oğluna, Regional Perinatal Mərkəzin rəhbəri, həkim anestezioloq-reanimatoloq Mikayılov Əziz Xanlar oğluna, Bakı şəhərindən əməliyyat üçün gələn Cərrah Məmmədov Bəhruz Teymur oğluna, Cərrah və reanimatoloq (reanimasiya və narkoz) həkimi Cəfərov Zəfər Cəfər oğluna, mənə çox əziz və ürək dostu olan Əliyev Raqib Əhliman oğluna və acildə, eyni zamanda xəstəxanada olan bütün personallara, zəhməti olan hər bir həkim kollektivinə dərin təşəkkürümü bildirirəm.
