1975-ci ildə “Ən yaxşı film” nominasiyasında “Oskar” qazanan bu ekran əsərinin prodüserlərindən biri kimi Maykl Duqlas bu filmi prodüser Sol Zentsin qardaşıoğlu, prodüser Pol Zaul Zents, eləcə də Miloş Formanın ailə üzvləri ilə birlikdə “Návraty k pramenům” (“Kökə dönüş”) bölməsində təqdim edəcək.
Maykl Duqlas 1998-ci ildə də Karlovı Varı Kinofestivalının qonağı olub və o zaman Sol Zents kimi “Xrustal qlobus” mükafatına layiq görülüb. Prodüser Zents Miloş Formanla “Amadey” və “Qoyyanın kabusları” filmlərində də sıx əməkdaşlıq edib. “Ququ quşunun yuvası üzərindən uçarkən” filmi “Oskar” tarixində beş əsas nominasiyada qalib gələn ikinci ekran əsəri kimi kino salnaməsinə düşüb.
