İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə ediblər.
Sanatoriyanın yaranma tarixi
İstisuyin həqiqətən də müalicəvi olmasını XX əsrin 60-ci illərində Masallıdan olan həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng sübut etmişdir.
O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim İstisu məkanına gələrək əlavə tədqiqat aparıb və kəşfi təsdiqləyiblər. Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi olan zaman – 1971-ci ildə, Masallı istisuyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb.
İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi lisenziyaya malikdir.
Istisuyun müalicəvi əhəmiyyəti
Yardımlı yolundan baxanda qarşı dağın qoynundakı Istisu şəfa ocağı yığcam, müasir bir düşərgəni xatırladır. Istisu sanatoriyasında eyni vaxtda 200-dək adamı qəbul etmək və xidmətində durmaq mümkündür. Sanatoriyaya, hətta xaricdən də insanlar müalicəyə gəlirlər.
Mirkazım Aslanlı-Sarəng elmi əsaslarla sübut edib ki, Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri – pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.
Istisu sanatoriyasının bərpası
XX əsrin 90-cı illərinin əvvəllərindən İstisu sanatoriyası baxımsızlıq üzündən bərbad hala düşmüşdü. "Kurort və sanatoriyaların özəlləşdirilməsi haqqında" fərmana əsasən 1997-ci ildə iş adamı İldırım Allahyarov sanatoriyaya qanuni sahib çıxdı.
2004-cü il fevralın 11-də Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramı ilə bağlı İstisu sanatoriyasının da əsaslı təmiri nəzərdə tutulmuşdu.
Masallı İsti Su Fatimeyi-Zəhra Şəfa sanatoriyası günun tələbləri səviyyəsində
Tanınmış iş adamı Hacı İldırım Allahyarov sözügedən sanatoriyaya rəsmi şəkildə sahib çıxandan bu günədək necə deyərlər, qolunu çırmayıb burada zəruri quruculuq, abadlıq işləri aparmaqdadır. Görülən işlərin real nəticəsidir ki, hazırda anatoriyanın keçmişi ilə bu günü arasında müqayisəolunmaz dərəcədə fərqlər əldə edilmişdir. Tam müasir tələblərə cavab verən yeni yataq korpusları, hər bir şəriti olan geniş mətbəx, yeməkxana, vanna, massaj otaqları, ən əsası isə cənub bölgəsinin ləziz xörəkləri, zəngin süfrəsi istirahətə gələnlərin könlünü oxşayır, onları valeh edir. Hələ Viləş çayı boyunca yaradılan əyləncələr, isti çimərlik hovuzları, şəlalələr, kiçik atraksionlar, musiqi, diskoteka, daha nələr, nələr bu sanatoriyanın digər dağ sanatoriyalarindan üstün cəhətlərini görüntüləyir. Hər bir kiçik, böyük məsələləri diqqət mərkəzində saxlayan Hacı İldırım Allahyarovun nailiyyətlərindən biri də son illər İsti Suda sanitar-gigiyenik sahəyə diqqət yetirməsi, təmizlik, səliqə-səhman işlərinin fonunda hər yanı rəngbərəng gül-çiçəklə bəzətməsi, vanna qəbulundan sonra dincəlib müxtəlif müalicə otlarından dəmlənmiş samovar çayına əyləsməsi insana xüsusi zövq bəxş edir. Burada fəaliyyət göstərən tibb məntəqəsində calısan ixtisaslı həkimlə istirahətə gələnlərin sağlamlığına bilavasitə cavab verir. Vanna qəbuluna gələnləri əvvəlcə həkim müayinəsindən keçir, zəruri tapşırıqlar alır, ürəyində narahatlığı olanlar suya girərkən bədəninin müəyyən hissəsinin həkim məsləhəti əsasında vannadan kənar saxlayır. Onu da qeyd etmək yerinə düşər ki, buraya müalicə məqsədilə gələnlərin sayı ilbəil artmaqdadır. Artıq yeni mövsumə start verilib. Zəngin təbiətdən zövq almaq, sağlamlığına qovuşmaq istəyən hər kəs buyurub gəlsin Masallı İsti Su "Fatimeyi-Zəhra Şəfa" sanatoriyasına!
Bəradər Səməndərli
"Atribut" qəzeti və "atributinfo.az" saytının baş redaktoru
