Sizin reklam burada
Sizin reklam burada
  • “Sağlam Addımlar: Artıq Çəkiyə Son” layihəsi çərçivəsində geniş miqyaslı konfrans təşkil olunub

    Ötən gün, mayın 24-də “Sağlamlığın Qorunması” İctimai Birliyinin təşəbbüsü, TƏBİB və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Sağlam Addımlar: Artıq Çəkiyə Son” layihəsi çərçivəsində geniş miqyaslı konfrans təşkil olunub.

    Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudov tədbirdə iştirak edərək artıq çəkinin sağlamlığa yaratdığı risklərdən bəhs edib və “Ateroskleroz və kliniki protokollar” mövzusunda təqdimatla çıxış edib.

    Konfransda t.e.d. Yazgül Abdıyeva, Araz Nəsirov, prof. Hikmət İbrahimli, dr. Barat Yusubov, t.e.d. Hicran Namazova, prof. Gülnaz Dadaşova və digər mütəxəssislər sağlam həyat tərzinin təbliqi ilə bağlı dəyərli fikirlərini bölüşüblər.

    Türkiyədən dəvət olunmuş ekspertlər Ender Saraç, Mehtap Şafak və başqaları artıq çəkinin psixoloji, fizioloji və sosial aspektləri üzrə təqdimatlar ediblər.

    Tədbirin bədii hissəsində musiqi və şeir nümunələri təqdim olunub. 385-dən çox iştirakçının qatıldığı konfrans elmi və praktik bilik mübadiləsi üçün faydalı platforma kimi dəyərləndirilib.

    Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.


    Bəradər
    "Atributinfo.az"







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ