Sizin reklam burada
Sizin reklam burada
  • Novruz bayramı hər bir evə, hər bir ailəyə gözəl ovqat bəxş etsin!

    Rakif Əzizov
    Dağısatan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri

    Əziz, Azərbaycan xalqı!
    Sizi, Azərbaycan xalqının mənəvi dəyərləri sırasında özünəməxsus yer tutan Milli bayramımız-Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, şəxsi həyatınızda, xalqımızın rifahı,dövlətimizin inkişafı yolunda fəaliyyətinizdə uğurlar arzulayıram!
    Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
    Əziz, Azərbaycan xalqı! Sizi və sizin timsalınızda dünya azərbaycanlılarını bu əlamətdar el şənliyi, Novruzun gəlişi münasibətilə təbrik edir, sizlərə ən xoş arzularımı bildirirəm. Qoy bu bayram hər bir evə, hər bir ailəyə gözəl ovqat bəxş etsin, arzularınız, istəkləriniz həyata keçsin. Evlərinizə sevinc, səadət gəlsin.
    Novruz bayramınız mübarək olsun!


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ