Sizin reklam burada
Sizin reklam burada
  • Agentlik: Məktəblərdə təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir

    Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyətində əvvəlki günlərlə müqayisədə ciddi azalma müşahidə edilmir və təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.
    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dərslərdə davamiyyətlə bağlı sorğulara cavab olaraq yaydığı məlumatda bildirilir.
    Agentlik müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ