Sizin reklam burada
Sizin reklam burada
  • Agentlik rəhbəri: Məktəbdənkənar təhsil müəssisələrində müəyyən islahatlara ehtiyac var

    Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin apardığı monitorinqlər göstərir ki, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin daha səmərəli və müasir standartlara uyğun təşkili üçün müəyyən islahatlara ehtiyac var.
    Bu fikirləri “Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər” mövzusunda keçirilmiş konfransında Agentliyin direktoru Eşqi Bağırov səsləndirib. O, məktəbdənkənar təhsil sahəsində hüquqi və normativ bazanın yenilənməsi, mövcud sənədlərin müasir tələblərə uyğunlaşdırılması və yeni normativ sənədlərin hazırlanması istiqamətində işlərin davam etdiyini bildirib.
    Məktəbdənkənar fəaliyyətlərin inkişafı gənclərimizin gələcəyinə qoyulan ən mühüm investisiyadır.

    “Tədbirimiz yalnız məktəbdənkənar təhsil sahəsinin mövcud vəziyyətini qiymətləndirmək deyil, həm də bu sahənin gələcəyini qurmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin gənc nəsli bizim ən qiymətli sərvətimizdir və onların hərtərəfli inkişafını təmin etmək, müasir dövrün tələblərinə cavab verən təhsil imkanları yaratmaq əsas hədəfimizdir.

    Ötən tədris ilində məktəbdənkənar fəaliyyətlərdə təhsilalanların geniş iştirakı bizi çox sevindirir və onların bu sahələrə olan marağının göstəricisidir. Belə ki, idman yarışlarında 1 milyondan çox, yaradıcılıq tədbirlərində isə 66 min 500-dən çox təhsilalan iştirak edib. Bu rəqəmlər təsadüfi deyil, gənclərimizin potensialını, enerjisini və özünü ifadə etmək istəklərini açıq şəkildə əks etdirir”, - deyə agentliyin direktoru bildirib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ