Sizin reklam burada
Sizin reklam burada
  • Bəradər SƏMƏNDƏRLİ: "ÖMÜR KİMİ, MAL DA GƏLDİ-GEDƏRDİ"

    Bəradər SƏMƏNDƏRLİ: "ÖMÜR KİMİ, MAL DA GƏLDİ-GEDƏRDİ"
    Bəradər SƏMƏNDƏRLİ

    Dünya malı nə mənimdi, nə sənin,
    Ömür kimi mal da gəldi-gedərdi.
    Bu təzadlı, bu mücərrəd həyatın
    Əvvəli sevincdi, sonu kədərdi,
    Ömur kimi, mal da gəldi-gedərdi.

    Gələcəyin keçmişində axtaran,
    Sürəcəyi xos gününə yas quran,
    Kədərini öz içində basdıran,
    Hisslərinə hakim olan, bəşərdi,
    Omür kimi, mal da gəldi-gedərdi.

    Yaranışdan hər nə varsa, ikidi,
    Külli-aləmin İlahi təkidi.
    Balans verən tərəzidi, çəkidi;
    Bu nərd taxta, bu da cütləsmiş zərdi,
    Ömür kimi, mal da gəldi-gedərdi.

    Könul oxşa, qəlb sevindir, yadda qal,
    Ozül yoxsa, dağılacaq "Tac-Mahal".
    Bu dava-qırğın, bu savaş, qalmaqal,
    Sərvət üstündədi, amma hədərdi,
    Ömür kimi, mal da gəldi-gedərdi.

    Dunya malın bazar sayırlar Allah,
    Sonda hec nə aparmayırlar Allah.
    Dənizi də hasarlayırlar Allah,
    Bu nə qoruq-qadağadı, çəpərdi?
    Omür kimi, mal da gəldi-gedərdi.

    Bizim zamanımız daha kecibdi,
    Karvan gedib, köçən isə köçübdü.
    Şeir-sənət ucalığın secibdi,
    Bəradərin adi dildə əzbərdi,
    Ömur kimi, mal da gəldi-gedərdi.

    24.05.2022

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ