Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Mahir Süleymanlı Şabranda seçicilərlə görüş keçirib


    19 noyabr tarixində Milli Məclisin deputatı Mahir Süleymanlı Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.


    "Atributinfo.az" xəbər verir ki, görüş zamanı deputat vətəndaşların müraciətlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

    Söhbət zamanı seçicilər tərəfindən qaldırılan problemlər və müraciətlər ətrafında geniş müzakirələr aparılıb, səsləndirilən məsələlərin həlli istiqamətində fikir mübadiləsi keçirilib.

    Deputat Mahir Süleymanlı vətəndaş müraciətlərinə həssaslıqla yanaşmağın, əhalini narahat edən problemlərin öyrənilməsi və onların həlli istiqamətində müvafiq addımların atılmasının vacibliyini diqqətə çatdırıb.

    Qeyd edək ki, seçicilərlə mütəmadi görüşlərin keçirilməsi deputat-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, ictimai problemlərin öyrənilməsi və onların həlli baxımından mühüm əhəmiyyət daşıyır.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ